Aleksandr Amisulaşvili sıraya döndü
Topaz Premyer Liqasının XXIV turunda "Simurq"la qarşılaşacaq paytaxtın "İnter" klubu bu gün növbəti məşqinə çıxıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, çoxdandır zədə səbəbindən forma geyinə bilməyən gürcü futbolçu Aleksandr Amisulaşvili komanda ilə birlikdə məşqlərə start verib.
Paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadzenin şans verəcəyi təqdirdə müdafiəçinin bu həftə "Simurq"la qarşılaşmada iştirak etməsi gözlənilir.
Qeyd edək ki, "İnter" - "Simurq" qarşılaşması fevralın 28-də "İnter Arena"da keçiriləcək və saat 15.00-da başlayacaq.
saytlarin hazirlanmasi