"Azərbaycanda oyunların iş saatlarında, gündüz vaxtı keçirilməsinə çox təəccübləndim"

13:40 - 28 Fevral 2015

"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim"
 
"İnter"in hollandiyalı yarımmüdafiəçisi Ruben Şaken Azərbaycandakı karyerası ilə bağlı ölkəsinin mətbuatına tez-tez açıqlama verir.
 
Sportal.az xəbər verir ki, o, Hollandiya mətbuatına verdiyi açıqlamada yenidən həmyerlilərinə ölkəmizdə gördüklərindən danışıb:
 
"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək".
 
Şaken hələ dil bilməməsinə görə çətinlik çəkdiyini söyləyib: "Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq "salam" və "işlərin necədir" kimi suallar vermək olur. Azərbaycanla yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm".
 
"Şadam ki, "Qarabağ"da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdir burda olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludur. Sürücüm həm də mənim üçün tərcüməçilik edir".
 
Şaken oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: "Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, "Feyenoord"da gördüklərimi burdakılarla müqayisə etmək olmaz. Həm də mən burada oyun. Futbola ancaq "Renc Rober"i olan varlılar gəlirlər".

Xəbər xətti