Prezident minnətdarlığını bildirib
Bu gün "İnter" PİK-in prezidenti Georgi Nikolov "İnter" Azarkeş Klubunun üzvləri ilə görüşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə cənab Nikolov "İnter" komandasına göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirdi. Azarkeş klubları arasında münasibətlərin normal saxlanılmasının əhəmiyyətinə toxunan klub prezidenti əlavə etdi ki, "İnter" fanatları oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidirlər.
"İnter" fanatlarının indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan cənab Nikolov belə xoş tendensiyanın bundan sonra da müşahidə ediləcəyinə əmin olduğunu vurğuladı.
Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparıldı.
saytlarin hazirlanmasi