Sxadadze: "Bunu bacardıq və şadıq"

19:16 - 13 Mart 2015

"Düşünürəm ki, yaxşı futbol sərgilədik"
 
Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda  "Xəzər Lənkəran" “İnter"i qəbul etdi. Oyun "İnter"in 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:
 
"Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”.
 
Qeyd edək ki, ilk oyunda da "İnter" 2:0 hesabı ilə qalib gəlmişdi

Xəbər xətti