Komanda hazırlıqlarını davam etdirir
Paytaxtın "İnter" klubu Premyer Liqanın XXVI turunun "Qəbələ"ilə oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda bu gün tam heyətlə "İnter Arena"da növbəti məşqinə çıxacaq. Komandanın bu oyuna bir itki ilə çıxacağı isə dəqiqdir. Belə ki, 23-cü turda AZAL-la oyundan sonra İntizam Komitəsi tərəfindən 3 oyunluq cəza alan Sezar Meza Kolli "Qəbələ" ilə oyunu da buraxacaq. Sezar bu oyunla cəzasını başa vuracaq.
Qeyd edək ki, "İnter" - "Qəbələ" oyunu 18 mart 18.00-da "İnter Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi