"Bununla da çempionluq şansımız demək olar ki, cüzi qaldı"

00:40 - 19 Mart 2015

İsmayılov: "İnter"in heyətində heç bir futbolçunun oyunu alınmadı"
 
"Bu oyunda "İnter"in heyətində heç bir futbolçunun oyunu alınmadı. "Qəbələ"də bundan istifadə edib meydanı üç xalla tərk etdi. Qarşılaşmadan əvvəl rəqibin bəzi futbolçularının zəif olduğunu söyləyirdilər. Amma  onlar da yaxşı mübarizə apardılar".
 
Bu sözləri Sportal.az-a "İnter"in futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
 
O bildirib ki, baş məşqçiləri  Kaxaber Sxadadze fasilədə futbolçulara öz oyunlarını oynamaları barədə tapşırıq verib. İsmayılov Azərbaycan Premyer Liqasında çempionluq şanslarını da dəyərləndirib:
 
"Qarabağ" dünən qalib gəldi. Bununla da çempionluq şansımız demək olar ki, cüzi qaldı. Bütün bunlara baxmayaraq, növbəti matçlarda yaxşı nəticələr qazanmağa çalışacağıq".
 

Xəbər xətti