"İnter"də "Qarabağ"la matç öncəsi ciddi itki

10:36 - 30 Mart 2015

Amisulaşvili zədələndi
 
Paytaxtın "İnter" klubu ciddi itki ilə üzlşib.
 
Sportal.az xəbər verir ki, Gürcüstan millisinin heyətində olan Aleksandr Amisulaşvili Almaniya ilə ev oyununda  zədələnərək görüşü davam etdirə bilməyib. Futbolçunun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra bəlli olacaq. "İnter" aprelin 2-si "Bakcell Arena"da "Qarabağ"ın qonağı olacaq.
 
Qeyd edək ki, Almaniya bu oyunda 2-0 hesabı ilə qalib gəlib. Xatırladaq ki, Amisulaşvili zədədən yenicə qayıtmışdı.

Xəbər xətti