1/2 final üçün...

 

Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində "Neftçi"nin qonağı olacaq "İnter" 2 günlük istirahətə son qoyub.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, "bankirlər" "Neftçi" ilə matçın hazırlıqlarına bu gün start verir.

 

Qeyd edək ki, bir müddət zədəli olan Coşqun Diniyevin bu məşqdə komandaya qoşulacağı gözlənilir.