"İnter" "Neftçi" ilə matça iki itki ilə çıxacaq

00:06 - 11 Aprel 2015

Komandada müdafiəçi problemi
 
"İnter" ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında aprelin 13-ü "Neftçi"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, "bankirlər" bu matça iki itki ilə çıxacaq. Komandanın iki mərkəz müdafiəçisi Aleksandr Amisulaşvili və Laşa Salukvadze bu oyunu buraxmalı olacaqlar. Amisulaşvili dünən fərdi məşqlərə başlasa da, onun ən yaxşı ehtimal cavab oyununa hazır olacağı gözlənilir. Salukvadze isə 3 həftəlik sıradan çıxıb.
 
Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Xəbər xətti