"Simurq"la oyun öncəsi "İnter"də ciddi itki

11:10 - 27 Aprel 2015

Cəzalı duruma düşüb

 

Premyer Liqanın 31-ci turu çərçivəsində AZAL-ı 2:0 hesabı ilə məğlub edən "İnter" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər"lə matçın 35-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan "bankirlər"in gənc futbolçusu Coşqun Diniyev cəzalı duruma düşüb. Belə ki, Coşqun sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, Diniyev 32-ci turda "Simurq"la matçda cəza səbəbindən iştirak edə bilməyəcək.

Xəbər xətti