"Futbolçularımın qarşısında baş əyirəm"
Azərbaycan Premyer Liqasının XXXIV turunda keçirilən “Qəbələ” – “İnter” oyununda qalib müəyyənləşmədi – 1:1.
Sportal.az xəbər verir ki, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze qarşılaşmaya belə şərh verib:
“İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi. “İnter”i ikinci olması münasibəti ilə təbrik edirəm. Futbolçularım mənim gözümdə qəhrəmandırlar. Problemlərin fonunda çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki, çox gözəl bir oyun alındı”.
saytlarin hazirlanmasi