"İnter" 1714 günlük həsrətə son qoydu

18:19 - 23 May 2015

18 oyundu qalib gələ bilmirdi

 

Bakının “İnter” klubu “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub. 

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın XXXV turunda 2:1 hesablı ev qələbəsi qazanan paytaxt təmsilçisi bunadək 18 oyun idi rəqibinə qalib gələ bilmirdi. 2010-cu il sentyabrın 11-də öz meydanında 1:0 hesabı ilə qələbə qazanan “İnter” 2011/12, 2012/13 və 2013/14 mövsümlərində ağdamlıları məğlub edə bilməmişdi. Bu müddətdə 8 heç-heçə edən “İnter” 10 dəfə uduzmuşdu. 5 ilə yaxın qələbəyə həsrət qalan Kaxaber Sxadadzenin yetirmələri 1714 gündən sonra “Qarabağ”a qalib gəlib.

 

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində eyni rəqiblə oyunlardakı ən uzun qələbə həsrəti MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi keçirdiyi bütün oyunlarda - ardıcıl 22 qarşılaşmada “Kəpəz”ə qalib gələ bilməyib.

Xəbər xətti