"İnter"in gürcüstanlı futbolçusu danışdı

20:45 - 26 May 2015

Aleksandr Amisulaşvili: "Hələ ki, heç bir klubdan təklif almamışam”
 
"Karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm. Amma istənilən halda "İnter"ə qayıtmayacağam".
 
Sportal.az Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu Bakının "İnter" klubundan ayrılan Aleksandr Amisulaşvili deyib.

İki gün əvvəl Bakıdan Tbilisiyə qayıtdığını söyləyən gürcüstanlı müdafiəçi futbolçuların yığmaya hazırlaşdıqlarını və bu səbəbdən formalarını itirməməyə çalışdıqlarını bildirib. O, komanda yoldaşları Baçana Çxadadze, Georgi Lomaya və Laşa Salukvadzenin Bakı klubu ilə müqavilələrinin bitdiyini də vurğulayıb.

"Hələ ki, heç bir klubdan təklif almamışam. Ümid edirəm ki, komandanın digər üzvləri tezliklə yeni iş yeri tapa biləcəklər" - Amisulaşvili bildirib.
Qeyd edək ki, son aylar ciddi maliyyə problemi ilə üzləşən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze və 4 futbolçu - Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Georgi Lomaya və Baçana Çxadadze vətənləri Gürcüstana qayıdıblar.
 
Mənbə: report.az

Xəbər xətti