Kaxaber Sxadadze: "Oğlum "İnter"də qalmaq istəmir"

15:31 - 27 May 2015

"İnter"də belə bir qayda var..."

 

"İnter"in prezidenti Georgi Nikolovla görüşdüm. Qarşıdakı planlardan söhbət açdıq. Amma bəzi suallara cavab ala bilmədim". 

 

Sportal.az xəbər verir ki, gürcü mütəхəssis vətənində verdiyi açıqlamada oğlunun "İnter"dən ayrılması barədə də danışıb: "Klubun gələcək büdcəsinin necə olacağı bəlli deyil. Oyunçulara gəlincə, "İnter"də belə bir qayda var: kim mövsüm ərzindəki oyunların 70 faizindən çoxunda meydana çıxırsa, onunla müqavilənin müddəti artırılır. Belə oyunçuların arasında Baçana da (Kaxaber Tsxadadzenin oğlu) var. Amma o, bu klubda qalmaq istəmir. Çünki daha iddialı komandada oynamaq istəyir"

Xəbər xətti