"İnter" Gürcüstandan futbolçu gətirir

00:20 - 15 İyun 2015

"Bankirlər” Nika Kvekveskiri ilə güclənməyə yaxındır
 
Paytaxtın "İnter" klubu daha bir transfer etməyə hazırlaşır.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək "bankirlər” Nika Kvekveskiri ilə güclənməyə yaxındır. Bu futbolçunu komandanın yeni baş məşqçisi Zaur Svanadze gətirir. 
 
Son klubu "Dila" olan futbolçu geridə qoyduğumuz mövsümdə Gürcüstan çempionu adını qazanıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Nika ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geysə də, əsas millidə çıxış etməyib. 

Xəbər xətti