Daha 6 ay komandada
Paytaxtın "İnter" klubu daha bir futbolçusu ilə müqaviləsini yeniləyib.
Sportal.az xəbər verir ki, milli komandamızın qapıçısı Səlahət Ağayev "bankirlər"lə 6 aylıq müqavilə imzalayıb. Əgər komandanın maliyyə durumu düzəlsə Ağayev mövcud müqavilənin müddətini artıracaq.
Xatırladaq ki, Səlahət Ağayevlə "Xəzər Lənkəran" danışıq aparsa da, tərəflər maliyyə məsələlərində razılıq əldə edə bilməmişdilər.
saytlarin hazirlanmasi