"İnter"in rəqibini yaxından tanıyaq

16:50 - 22 İyun 2015

50 yaşlı "Laçi"
 
“İnter” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı rəqibin adı məlum oldu
.
Sportal.az xəbər verir ki, bu gün Sürixdə keçirilən püşkatmanın nəticələrinə görə, “İnter” Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.
 
Albaniyanın klubunun 1965-ci ildə Laçi şəhərində təsis edildiyi məlumdur. Ölkənin Super Liqasında çıxış edən “Laçi” 5 min nəfərlik tamaşaçı tutumu olan eyniadlı stadiona malikdir. Klubun ən böyük uğurunun Super Liqanın 2009-2010-cu il mövsümündə 4-cü yer tutması göstərilir. Bu uğur sayəsində “Laçi” avrokuboklarda iştirak etmək hüququ qazanmışdı. 2012-2013-cü il mövsümündə isə Albaniya təmsilçisi ölkə kubokuna sahib olmuşdu.
 
Qeyd etmək yerinə düşərdi ki, ilk oyun səfərdə baş tutacaq.

Xəbər xətti