Rəqiblər də məlumdur
	 
	"Kəpəz” seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir. 
	 
	Sportal.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla səhər saat 10:00-da Gəncə şəhər stadionunda hazırlığa çıxır.Komanda yoxlama oyununda da qüvvəsini sınayacaq. "Kəpəz” iki yoldaşlıq görüşü keçirəcək. İlk matçda rəqib Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq. İyunun 26-da isə "sarı-göylər” "Turan Tovuz”la üz-üzə gələcək. 
	Hər iki oyun Gəncə şəhər stadionunda keçiriləcək. Görüşlər saat 18:00-da başlayacaq. 
                      
saytlarin hazirlanmasi