Biz yalnız qələbəyə oynayacağıq
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "İnter"in rəqibi olacaq "Laçi"nin baş məşqçisi Armando Kunqu mətbuat konfransında maraqlı açıqlamalar verib: "Biz həqiqətən də "Laçi"dən daha güclü komanda ilə qarşılaşırıq. Lakin bu, o demək deyil ki, "İnter"dən çəkinirik".
Sportal.az xəbər verir ki, o daha sonra fikirlərinə belə davam edib: "Biz yalnız qələbəyə oynayacağıq. Düşünürəm ki, azarkeşlərin dəstəyi də məqsədimizə çatmaq üçün bizə kömək olacaq. Etiraf edim ki, bizim üçün çox çətin olacaq. Albaniya kubokunun finalı ilə müqayisədə 3 aparıcı futbolçumuz bu gün bizə kömək edə bilməyəcək. Bunlar kapitanımız Stipe Buljan, Marko Çetkoviç və Sequn Adeniyi Ceymsdi. Onların hər birinin uğurlarımızdakı rolu böyükdü. Bu üzdən də bu "üçlüy"ün yoxluğu ciddi itki sayılır. "İnter"lə Azərbaycandakı oyunda problemlə üzləşməmək üçün öz meydanımızda yaxşı nəticə qazanmalıyıq. Məni rəqib komandanın durumu o qədər də maraqlandırmır. Əsas öz "Laçi"nin necə oynamasıdı. Kubokun finalındakı kimi mükəmməl oyun nümayiş etdirsək, nəticə qazana bilərik"
saytlarin hazirlanmasi