Gündə iki dəfə məşq edirlər
“Kəpəz” Bakıda təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, “sarı-göylər” gündə iki dəfə məşq edir. Məşqçilər korpusu futbolçuları səhər saat 11:00-da və axşama doğru saat 18:00-da məşqə çıxarır.
Səhər çalışmaları Xəzər dənizinin sahilində aparılır. Burada futbolçular müəyyən fiziki təmrinləri yerinə yetirirlər. Günün ikinci məşqi isə meydançada keçirilir. Axşam hazırlığında əsasən taktiki və texniki çalışmalara diqqət ayırılır.
saytlarin hazirlanmasi