"Simurq"dan ayrılan futbolçu "İnter"də

13:06 - 6 İyul 2015

6 aylıq müqavilə imzalanacaq

 

Azərbaycanı Avropa Liqasında təmsil edən Bakının "İnter" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, "Simurq"dan ayrılan futbolçu Stepan Polyak "İnter"lə razılıq əldə edib. 32 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki,  "İnter" xorvatiyalının xidmətindən Avropa Liqasında yalnız ilkin mərhələni keçəcəyi təqdirdə, yararlana biləcək.

Xəbər xətti