Karyerasını ölkəsində davam etdirəcək
Bakı "İnter"indən ayrılan müdafiəçi Laşa Salukvadzenin yeni komandası bəlli olub.
Sportal.az xəbər verir ki, 33 yaşlı gürcü futbolçu son Gürcüstan çempionu "Dila" ilə müqaviləyə imza atıb. Müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Salukvadze 2013-2015-ci illərdə "bankirlər"in şərəfini qoruyub.
saytlarin hazirlanmasi