Aleksandr Əliyev və İzmayılov "İnter"in oyununda

16:30 - 6 İyul 2015

"İnter" - "Laçi" matçının hakimləri

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"lə "Laçi" arasında keçiriləcək cavab matçının hakimləri məlum olub.

 

Sportal.az xəbər verir ki, “İnter Arena”da baş tutacaq qarşılaşma qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.

 

Oyunun baş hakimi Aleksandr Əliyev olacaq. Ona həmyerliləri Sergey Vassyutin və Samat Terqussizov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Denis İzmaylov yerinə yetirəcək.

 

Qeyd edək ki, ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi. Bu komandalar arasında cavab matçı iyulun 9-da keçiriləcək.

Xəbər xətti