Albaniyada keçirilən ilk oyunda zədələnib
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevki Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı cavab matçını buraxa bilər.
Sportal.az xəbər verir ki, buna səbəb onun Albaniyada keçirilən ilk oyunda zədə almasıdır.
Əgər zədəsi sağalmasa makedoniyalı futbolçu böyük ehtimalla “Laçi” ilə keçiriləcək cavab görüşündə forma geyinməyəcək.
Qeyd edək ki, "İnter" - "Laçi" matçı iyulun 9-da Bakıda keçiriləcək. İlk matç 1:1 hesabıyla başa çatmışdı.
saytlarin hazirlanmasi