İştirakı sual altındadı
"İnter" Avropa Liqasında Albaniyanın "Laçi" klubu ilə keçiriləcək cavab oyununun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "bankirlər" bu görüşə daha bir ciddi itki ilə çıxa bilər.
Belə ki, komandanın hücumçusu Yuri Fomenko zədədən əziyyət çəkir. Albaniyadakı görüşün birinci hissəsində sıradan çıxan və əvəzlənən ukraynalı forvard hələ də zədəsini tam sağaltmayıb. Bu üzdən də onun Bakıdakı qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki paytaxt təmsilçisinin daha bir təcrübəli oyunçusu Slavço Georgiyevski də zədə səbəbindən "Laçi" ilə matçı buraxa bilər.
saytlarin hazirlanmasi