"İnter" "Laçi"nin Azərbaycana buraxılmayan futbolçusu ilə bağlı bəyanat yaydı

18:47 - 8 İyul 2015

AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırmışdır
 
Məlum olduğu kimi, iyulun 9-da "İnter" UEFA Avropa Liqasının birinci mərhələsi çərçivəsində Albaniyanın "Laçi" komandasını qəbul edəcək.
Albaniya təmsilçisi artıq Bakıdadır və sabah saat 21.00-da qarşılaşma baş tutacaq. Ancaq bu gün bəzi elektron informasiya saytlarında belə bir məlumat yayılmışdır ki, guya Albaniyanın kosovalı futbolçusu Argend Mustafa Azərbaycana buraxılmamışdır.
 
"İnter" PİK-in rəhbərliyi bəyan edir ki, Azərbaycan Respublikasının Kosovanı müstəqil dövlət kimi tanımadığına görə adı çəkilən futbolçuya viza verilməsinin mümkün olmayacağı barədə "Laçi" klubunun rəhbərliyinə rəsmi məlumat göndərmişdi. Bəzi saytlarda qeyd edildiyi kimi, "Laçi" klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almamışdır.
 
Qeyd edək ki, AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırmışdır. "İnter"PİK-in rəhbərliyi bəyan edir ki, qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirmişdir.

Xəbər xətti