"Oyun zamanı diqqətli olmalıyıq"
"Bizi sabah çətin oyun gözləyir. Oyun zamanı diqqətli olmalıyıq. İlk oyunda bir səhvə görə, "İnter" qol vurdu. Biz növbəti mərhələyə yüksəlmək istəyirik. Ümid edirəm, ilk oyundakı kimi yaxşı oyun göstərəcəyik".
Sportal.az xəbər verir ki, bu sözləri sabah baş tutacaq "İnter"lə oyundan öncə "Laçi"nin baş məşqçisi Armando Kunqu bildirib. O, komandanın futbolçusu Arqend Mustafanın ölkəmizə buraxılmaması ilə bağlı da öz fikirlərini bildirib:
"Oyunçumuzun Azərbaycana buraxılmamasını, hələ də anlaya bilmirəm. O. futbolçudur, öz işini də peşəkarcasına görür. O, siyasətçi deyil".
Qeyd edək ki, Arqend Mustafa Kosovo vətəndaşıdır. Azərbaycan isə Kosovonu hələ müstəqil dövlət kimi tanımır. Nəticədə, Mustafa ölkəmizə viza əldə edə bilməyib və İstanbuldan geri qayıtmalı olub.
saytlarin hazirlanmasi