"İnter"in prezidenti Azərbaycan bayrağı ilə dövrə vurub ağladı FOTO

23:42 - 9 İyul 2015

Sevincini qazonu öpməklə qeyd etdi

 

"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubunu mübarizədən kənarlaşdırmalarını böyük sevinc hissi ilə bayram edib.

 

Sportal.az xəbər verir ki, o, qarşılaşma bitən kimi meydana qaçıb. Əlində Azərbaycan bayrağı tutan bolqarıstanlı klub prezidenti qazonu öpüb və futbolçularını təbrik edib.

 

Qeyd edək ki, "İnter" - "Laçi" matçı qolsuz başa çatsa da, səfərdəki 1:1 hesabı komandamızı növbəti mərhələyə çıxarıb.

Xəbər xətti