“İkinci hissədə yorğunluq özünü göstərdi”
“İnter"in yeni transferi Nika Kvekveskiri Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubuna qarşı cavab oyunu (0:0) ilə bağlı münasibət bildirib.
Sportal.az xəbər verir ki, gürcü futbolçu ilk oyunla müqayisədə cavab qarşılaşmasında yaxşı oynadıqlarını deyib.
Epizod baxımından qol fürsətlərini qaçırdıqlarını deyən Kvekveskiri “İnter”in böyük hesabla qalib gəlmək şansının olduğunu da söyləyib:
"Laçi”ylə cavab oyunu ağır keçdi. Birinci hissədə daha yaxşı oynadıq. Qol vurmaq üçün yaxşı şanslarımız oldu. Əgər həmin epizodları qola çevirsydik, böyük hesablı qələbə də qazana bilərdik. Lakin ikinci hissədə yorğunluq özünü göstərdi. Geriyə çəkildik ki, qapımızı toxunulmaz saxlayaq. Baş məşqçi tapşırıq verdi ki, gücümüzü əks hücumlara sərf edək. Belədə ərazi üstünlüyünə “Laçi” yiyələndi. Amma əsas növbəti mərhələyə vəsiqə qazanmaqdır. Hər şey geridə qaldı. Düzdü, növbəti mərhələdə rəqib daha güclü olacaq. Lakin “İnter”in də heyətinə yeni oyunçular qoşulacaq. Növbəti oyuna hazırlaşmaq üçün vaxtımız var”.
saytlarin hazirlanmasi