"Hafnarfyordur"un kapitanı: "İnter" səddini keçmək üçün əlimizdən gələni edəcəyik"

15:59 - 10 İyul 2015

 

 "İnter"lə oyunun çətin keçəcəyini bilirik

 

Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"i ilə qarşılaşacaq "Hafnarfyordur" klubunun kapitanı David Vidarsson  oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu "İnter"lə oyunların çətin keçəcəyini bildirib:

 

"Bu, mənim Azərbaycana ikinci səfərim olacaq. "İnter"lə oyunun çətin keçəcəyini bilirik. Ötən mövsüm "Elfsborq" "İnter"i penaltilər seriyasında məğlub edərək III təsnifat mərhələsində bizə rəqib olmuşdu. Təəssüf ki, həmin görüşdə qələbə qazana bilmədik. İndi də qarşımızda çətin tapşırıq var. Ancaq . 

Qeyd edək ki, "İnter" və "Hafnarfyordur" komandaları arasındakı oyunlar 16-23 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti