"İnter"in oyunu isveçlilərə tapşırıldı

15:59 - 12 İyul 2015

Baş hakim Michael Lerjeusdur

 

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Hafnarfyordur” - “İnter” oyununun hakimləri məlumdu.

 

Sportal.az xəbər verir ki, görüşü isveçli hakimlər idarə edəcək. Matçın baş hakimi Michael Lerjeusdur. Ona Daniel Gustavsson və Magnus Sjöblom kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Kristoffer Karlsson yerinə yetirəcək. Görüşün hakim-inspektoru bosniyalı Rusmir Mrkoviç, UEFA nümayəndəsi isə şotlandiyalı John Taylordur.

Xəbər xətti