İnter İslandiyada son məşqə çıxacaq

12:41 - 15 İyul 2015

Bakı vaxtı ilə saat...

 

Məlum olduğu kimi, "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnaryordur" komandası ilə qarşılaşacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyunun 14-də Bakıdan çarter reysilə İslandiyaya yollanan komanda Bakı vaxtı ilə saat 04:40-da paytaxt Reykyavik şəhərinə çatıb.

 

"Fosshotel" mehmanxanasında məskunlaşan "İnter" bu gün Bakı vaxtı ilə saat 00.00-da rəqib komandanın meydançasında məşqə çıxacaq.

 

Xatırladaq ki, "Hafnaryordur" - "İnter" matçı iyulun 16-da, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Xəbər xətti