"Cavab oyunu ağır olacaq"
Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Hafnarfyordur"a 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Sportal.az xəbər verir ki, gürcü mütəxəssis bunları deyib:
"Qalib gəlməyimiz yaxşı oldu. Səfərdən qələbə ilə qayıtdığımız üçün sevinirəm. Amma cavab oyunu ağır olacaq.Lazımi nəticəni qazanmaq üçün yaxşı hazırlaşmalıyıq. Ələ düşən imkanları qiymətləndirməyə çalışmalıyıq".
saytlarin hazirlanmasi