"Bu, komandam üçün mənfi haldır"
İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşmalı olduqları "İnter" - "Hafnarfyordur" cütü ilə bağlı fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, “İnter Arena”nın qazonundan şikayətlənib:
"Bakılılar "Hafnarfyordur"u keçsələr, biz Azərbaycanda süni örtüklü meydançada oynamaq məcburiyyətində qalacağıq. Bu, heç də xoş fakt deyil. Belə qazonlar zədə təhlükəsi yaradırlar. Bizim bir elə meydanımız var. Amma istənilən halda bu, komandam üçün mənfi haldır".
saytlarin hazirlanmasi