"Kəpəz" taktiki və texniki hazırlığa üstünlük verir

13:09 - 19 İyul 2015

Məşqlər davam edir

 

Təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” Ərzurumda məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxır. Toplanışda əsasən taktiki və texniki hazırlığa üstünlük verilir.

 

“Sarı-göylər” qardaş ölkədə olduğu müddətdə üç yoxlama oyunu da keçirəcək. Gəncə klubu iyulun 21-i, 23-ü və 25-də rəqiblərlə görüşəcək.

Xəbər xətti