"Hafnarfyordur"un kapitanı: "Daha çox isveçli hakim məyus etdi"

16:59 - 19 İyul 2015

"Bütün qərarları bizim əleyhimizə olurdu"

 

"Birinci hissədə oyunun bizim əlimizdə olduğu hiss edilirdi. Qol vurduq, önə keçdik. Amma ikinci hissədə azlıqda qaldıq, qol buraxdıq. Ondan sonra artıq hücuma getmək bizim üçün çətinləşmişdi".

 

Sportal.az xəbər verir ki, bunu İslandiyanın "Hafnarfyordur" klubunun kapitanı David Vidarsson Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan sonra deyib.

 

Kapitan “İnter”in oyununa və hakimin idarəçiliyinə də toxunub: "Bilirdik ki, rəqib komanda daha çox oyunun tempini aşağı salmağa çalışacaq. Amma biz hər şeydən daha çox isveçli hakim məyus etdi. Onun demək olar ki, bütün qərarları bizim əleyhimizə olurdu. O da ola bilər ki, hakimin qərarları düzgün imiş, sadəcə, məğlub olduğumuz üçün həmin qərarlar bizə səhv kimi görünür".

Xəbər xətti