Yoxlama matçı

 

Avropa Liqasının II təsnifat mərhələsində İslandiya "Hanarfyordur"u ilə qarşılaşacaq "İnter" bu gün yoxlama matçı keçirib.

 

Sportal.az xəbər verir ki, "bankirlər" I Divizion klubu "Neftçala" ilə qarşılaşıb. Bu görüşdə "İnter" 3:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "İnter"in heyətində qolları İlkin Sadıqov(2) və Yuri Fomenko vurub.