Zaur Svanadze: "Bu cür oyunla "Atletik"ə qarşı heç nə edə bilmərik"

00:30 - 24 İyul 2015

"Futbolçularımız qəhrəmandı"

 

“Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. Birinci hissədə pis oynamadıq. Ancaq fasilədən sonrakı ilk dəqiqələrdə bərbad oynadıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

UEFA Avropa Liqası II tur cavab qarşılaşması “İnter” – “Hafnarfyordur” (2:2) oyunundan sonra mətbuat konfransı keçirən gürcü mütəxəssis oyunu şərh edib:

 

“Yaxşı ki, oyunun gedişatında dönüş yarada bildik. Bu cür oyunla "Atletik"ə qarşı heç nə edə bilmərik. Mütləq artırmalıyıq. Ancaq bu gün uşaqların hər birinə təşəkkürümü bildirirəm. Hansı şəraitdə hazırlaşdığımızı bilirsiniz. Futbolçularımız qəhrəmandı”.


- "İnter" ötən illərdə penalti seriyalarında məğlub olmuşdu. Bu dəfə necə, bu cür seriyaya hazırlaşmışdınızmı?
- Xeyr, nə hazırlaşmışdıq, nə də penalti seriyasına qalmaq istəyirdik. Çünki acı təcrübəmiz var.


- Hesabda 1:2 geri olarkən, Denis Silvanı yanınıza çağırdınız. Lakin qırmızı vərəqə verildikdən sonra fikrindən danışdı. Doğrudanmı müdafiəni gücləndirməyi düşünürdünüz?
- Yox-yox, Denis mərkəzdə oynaya bilən futbolçudu və mən də həmin mövqeyi gücləndirməyi düşünürdüm.


- Komandanız standart vəziyyətlərdə xoş təsir bağışlamırdınız.
- Hər gün standartlar üzərində çalışırıq. Müxtəlif kombinasiyalar üzərində hətta bu gün səhər çalışmışıq.


- Qol vuran Abbas Hüseynovu İlkin Qırtımovla əvəzlədiniz. İlkin də xoş təsir bağışlamadı.
- Abbas əzələsini dartmışdı. Özü əvəzetməni xahiş etdi.

 

Apasport.az

Xəbər xətti