"Atletik"in futbolçusu: "Qətiyyən arxayınlaşmaq olmaz"

19:15 - 27 İyul 2015

"Arxayınlaşsaq, hər şey ola bilər"

 

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakının "İnter" klubunun rəqibi olan "Atletik" Bilbaonun futbolçusu Mikel San Xose oyunla bağlı fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, cütün taleyinə ilk oyunda aydınlıq gətirmək istədiklərini bildirib: "Arxayınlaşsaq, hər şey ola bilər. Hədəfimiz cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir. Bizi yeni mövsümə çox vacib start gözləyir. Start oyunu öncəsi qətiyyən arxayınlaşmaq olmaz".

Xəbər xətti