"İnter" Bilbaoda ilk məşqinə çıxdı

10:09 - 29 İyul 2015

Svanadze yetirmələrini çox yükləməyib

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq "İnter" Bilbaoda ilk məşqinə çıxıb.

 

Sportal.az xəbər verir ki, "Silken İndautxu" otelində məskunlaşan komanda dünən 1 məşqlə kifayətlənib.

 

Zaur Svanadze yetirmələrini çox yükləməyib. Bakı təmsilçisinin açıq məşqi isə bu günə təsadüf edəcək.

 

Qeyd edək ki, “Atletik” – “Bilbao” görüşü sabah saat23:45-də startgötürəcək.

Xəbər xətti