"İnter" yaxşı komandadı"

 

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakının "İnter" klubu ilə qarşılaşacaq "Atletik"in futbolçusu Emerik Laporta oyun haqda fikirlərini mətbuatla bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, "İnter"in yaxşı komanda olduğunu bildirib: "İnter" yaxşı komandadı. Azərbaycan təmsilçisinə yuxarıdan aşağı baxmaq olmaz. Belə etsək, sonra meydanda çətinliklə üzləşə bilərik. Ona görə də oyuna köklənməliyik. Ən vacib olan qələbədi ki, buna da nail olmaq niyyətindyik".