"İnter" sabit oyunu ilə seçilib"
"İnter"in sabiq futbolçusu Mikel Alvaro İspaniyanın nüfuzlu MARCA nəşrinə müsahibə verib.
Sportal.az xəbər verir ki, o, "İnter"in bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Atletik"ə qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
"Bu dueldə favorit "Atletik" klubudu. "İnter" üçün iki mərhələ keçmək yaxşı nəticədi. Bakı təmsilçisi ötən mövsüm daha güclü heyətə malik idi. Mövsümün sonunda heyətdə ciddi dəyişikliklər oldu. Bu mənada indi "İnter" üçün çətin olacaq. San Mames" stadionunda on minlərlə azarkeş qarşısında çıxış etmək "İnter" üçün asan olmayacaq. Vaxtı ilə bu komandada çıxış etmişəm. "İnter" sabit oyunuyla seçilib. Azərbaycan çempionu olub, daim avrokuboklara vəsiqə qazanıb".
saytlarin hazirlanmasi