"Rəqib yaxşı müdafiə olunurdu"
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Atletik" – "İnter" matçında vurulan hər 2 qolun müəllifi Eraso matçdan sonra fikirlərini mətbuata açıqlayıb.
Sportal.az xəbər verir ki, o, yaxşı mübarizəapardıqlarını qeyd edib: "Çox xoşbəxtəm ki, bu matçda oynayıb, iki qol vurdum. İlk oyunda baş məşqçimizin etimad göstərməsi qol vurmağımdan daha sevindiricidi. Oyuna gəlincə, yaxşı mübarizə aparıb, istədiyimiz futbolu nümayiş etdirdik. Düzdü, rəqib yaxşı müdafiə olunurdu. Bu üzdən xeyli çətin idi. Vurduğumuz qollardan başqa daha bir qol imkanımız oldu. Həmin epizodu qaçırdığımıza təəssüflənirəm. Qolları ailəm və sevgilimə həsr edirəm. Cavab oyunu süni örtüklü meydanda keçiriləcək. Düşünürəm ki, belə örtükdə oynamağımız bizə mane olmayacaq".
saytlarin hazirlanmasi