"Ümid edirəm ki, Bakıda istiyə və meydançaya uyğunlaşacağıq"
"İnter"lə görüşdə öz oyunumuzu sərgiləməliyik. Rəqib irəli atılmağa məcburdur. Bu isə müdafiədə boşluqlar yarada bilər".
Sportal.az xəbər verir ki, bu sözləri "Atletik"in futbolçusu Benat Eçebariya deyib. İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "İnter"lə cavab görüşünün süni öt örtüklü meydanda keçirilməsinin onları narahat etmədiyini bildirib:
"Ümid edirəm ki, Bakıda istiyə və meydançaya uyğunlaşacağıq. Baş məşqçimiz də ilk oyundakı intensivliyi saxlamaq istəyir. Biz hələ süni örtüklü stadionla tanış olmamışıq. Ancaq bu, bizi narahat etmir. Çünki müasir futbolda bəzi süni örtüklü qazonlar var ki, təbii ot örtüklü stadionlardan daha keyfiyyətlidir. Nadir hallarda süni örtüklü meydanda oynayırıq. "İnter"lə görüş də bunlardan biri olacaq. Lakin dediyim kimi bu amil bizi narahat etmir".
Qeyd edək ki, sabah "İnter Arena"da keçiriləcək "İnter" - "Atletik" oyunu saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi