"Atletik"in baş məşqçisi: "İnter" səhvlərimizdən yararlanmaq üçün oynadı"

00:11 - 7 Avqust 2015

"İkinci hissәdә isә komanda yorğun idi"
 
Dünən ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İspaniyanın "Atletik" klubunu qəbul edib. 
 
Sportal.az xəbər verir ki, komandamız səfərdə 0:2 hesabı ilə məğlub olduğu komanda ilə bugünkü oyunu da 0:0 hesabı ilə bitirib və mübarizəni dayandırıb. Oyundan sonra “Atletik”in baş mәçqisi Ernesto Valverde fikirlərini bölüşüb:
 
“Rәqib komanda ilk dәqiqәlәrdәn bizim sәhvlәrimizdәn yararlanmaq üçün oynadı. Amma sәhv etmәdik. Birinci hissәdә bizim qol epizodlarımız oldu. Bundan istifadә edә bilmәdik. İkinci hissәdә isә komanda yorğun idi. Bu, matça tәsirini göstәrdi. Bakıya gәlәndә mәqsәdimiz növbәti mәrhәlәyә adlamaq lazım idi. Bunu da bacardıq. Burda da qol vurmaq istәyirdik. Amma "İnter"in 5 müdafiә xәtti vә 4 yarımmüdafiәçisi tamamilә arxaya çәkilmişdi. Topu cinahlara dәyişsәk dә, boşluqlar tapa bilmәdik”.

Xəbər xətti