"Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı"
Premyer Liqanın 2-ci turunun son qarşılaşmasında "İnter" doğma meydanda "Neftçi"ni qəbul edib.
Sportal.az xəbər verir ki, "bankirlər" bu görüşdə 1 - 0 hesabı ilə qalib gəlib. Oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze fikirlərini bölüşüb: "Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı".
saytlarin hazirlanmasi