"Vəzifəmizin öhdəsindən gəldiyimiz üçün çox şadıq"
Premyer Liqanın II turunun son matçında "İnter2 doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Bankirlər"in forvardı Rauf Əliyev oyun haqda fikirlərini CBC telekanalına açıqlamasında bildirib.
"Gərgin oyun oldu. İlk dəqiqələrdən üstünlüyü ələ aldıq. Rəqibin on nəfərlə qalması bizim xeyrimizə oldu. Öz oyunumuzu oynadıq. Qol da vurduq, amma sonda biz də on nəfərlə qaldıq. Qələbə əldən verə bilərdik. Son dəqiqələrdə həqiqətən çətinlik çəkdik. Keçən oyunda xal itirmişdik, buna görə bu matça yüz faizlik hazırlaşmışdıq. Vəzifəmizin öhdəsindən gəldiyimiz üçün çox şadıq".
O, sabiq klubu "Neftçi"yə qarşı görüşün onun üçün xüsusi olmadığını bildirib:
"Bu oyuna da əvvəlki matçlarla eyni səviyyədə hazırlaşmışdım. Hər şey keçmişdə qalıb. Bir-iki nəfərə görə mənim üçün bu oyun heç də prinsipiallıq daşımırdı".
O, hakimin düzgün olaraq rəqib futbolçu Xuan Albertonu qırmızı vərəqə ilə cəzalandırdığını vurğulayıb: "Qapıçı ilə birəbir qalmışdım. Həmin epizodda həkim düzgün qərarla qırmızı vərəqə verdi. Çünki orada qapıçı ilə təkbətək qalmaq üzrəydim və qol vura bilərdim".
saytlarin hazirlanmasi