"Oyun çətin alındı"
Azərbaycan Premyer Liqasında 3-cü tura "Zirə" - "İnter" matçı ilə yekun vurulub.
Sportal.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze bu fikirləri səsləndirib: "Oyun çətin alındı. İlk hissədə zəif oynasaq da, ikinci hissədə oyunumuzu tapdıq. Daha yaxşı oynamaq üçün çalışmaq lazımdır. Xüsusən də qollar vurmaq üçün yollar axtarmalıyıq. Çatışmazlıqlar olsa da, ikinci hissədəki çıxışımızdan razıyam".
saytlarin hazirlanmasi