"İnter"in futbolçusu: "Nəticə istədiyimiz kimi olmadı"

00:51 - 25 Avqust 2015

"Qol epizodlarından yararlana bilmədik"

 

"Zirə" ilə 0 - 0 hesablı heç heçə ilə başa çatan matçdan sonra "İnter"in futbolçusu Abbas Hüseynov CBC kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc müdafiəçi nəticədən razı qalmadıqlarını bildirib: "Nəticə istədiyimiz kimi olmadı. Çalışacağıq ki, növbəti qarşılaşmalarda öz oyunumuzu göstərib qələbə qazanaq. Qol epizodlarımız oldu, yararlana bilmədik. Zədəm var idi, artıq sağalmışam. İlkin Qırtımovun və ya mənim oynayacağım o qdər də vacib deyil, əsas komandamızın qələbə qazanmasıdı". 

Xəbər xətti