Kvekveskiri ilk dəfə milliyə çağrıldı
Gürcüstan yığmasının heyəti açıqlanıb.
Sportal.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze Şotlandiya və İrlandiya ilə oyunlara 24 futbolçu çağırıb.
"İnter"in sabiq baş məşqçisi Bakı klubundan iki futbolçuya dəvət göndərib. Belə ki, Zurab Xizanişvili və Nika Kvekveskiri Gürcüstan millisinə çağırılıb. Zurab indiyədək yığmada 93 oyun keçiribsə, Nika ilk dəfə dəvət alıb.
Qeyd edək ki, Gürücüstan yığması AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Şotlandiyanı qəbul edəcək, 3 gün sonra İrlandiyanın qonağı olacaq.
saytlarin hazirlanmasi